featured-image-35774

“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Çelsi”dən Hakim Ziyeşi heyətinə cəlb edib.

Müqaviləyə əsasən, mərakeşli yarımmüdafiəçi 3 mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edəcək. Türkiyə klubu bu keçid üçün London təmsilçisinə təzminat ödəməyib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2020-ci ildən “Çelsi”də çıxış edir.

Bənzər xəbərlər