Qalmaqallı dünya çempionu İsveçrə klubuna keçdi
Fransa millisi və “Mançester Siti”nin sabiq futbolçusu Benjamin Mendi karyerasını İsveçrədə davam etdirəcək.
Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Loryan”ı “Sürix”ə dəyişib. Oyunçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Mendi Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub. O, həmçinin 4 dəfə İngiltərə Premyer Liqasında, bir dəfə isə “Monako” ilə Fransa Liqa 1-də çempionluq sevinci yaşayıb. O, bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
2021-ci ilin avqustunda Mendi bir çox qadına qarşı cinsi təcavüzdə ittiham olunurdu. “Mançester Siti” bu səbəbdən futbolçunu məşqlərdən uzaqlaşdırmışdı. Mendi bir müddət həbsdə də qalıb. 2023-cü ilin yayında futbolçuya qarşı irəli sürülmüş bütün ittihamlar götürülüb.