featured-image-21007

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 1 qarşılaşma baş tutub.

C qrupunda yer alan Qana millisi Sudan üzərində qələbəyə sevinib. Bu qrupun digər matçında Madaqaskar yığması Mərakeş ilə qarşılaşmalı olsa da, sonuncuların siyasi səbəblərə görə Əlcəzairə gəlməməsi səbəbindən oyun baş tutmayıb.

Afrika Millətlər Kuboku
C qrupu
18 yanvar

Qana – Sudan 3:1
Qol: Yiadom, 45+3. Afriyie, 64-pen. Suraj, 90+8 – Nuh, 31.

Xal: Madaqaskar, 3. Qana – 3. Sudan – 0. Mərakeş – 0.

Bənzər xəbərlər