Qanunsuz mərc oyunlarında iştirak edən futbolçuya ağır cəza
“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu qanunsuz mərc oynadığı üçün bu cəzaya məruz qalıb.
İddiaya görə, Turin prokurorluğu artıq Facolinin 2024-cü ilin may ayına kimi diskvalifikasiyasını təsdiqləyib.
Qeyd edək ki, qanunsuz mərc oyunlarında iştirak edən futbolçu qumar asılılığından əziyyət çəkdiyini və tezliklə lazımi müalicədən keçəcəyini bildirib.