Qapıçı 26 yaşında öldü
Monteneqro millisinin qapıçısı Matiya Şarkiç vəfat edib.
Msport.az xəbər verir ki, İngiltərədə “Miluoll”un şərəfini qoruyan qolkiper 26 yaşında dünyasını dəyişib.
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin millidəki komanda yoldaşı Budva şəhərindəki evində özünü narahat hiss edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, yığmada 9 oyun keçirən futbolçu 10 gün əvvəl Belçika ilə qarşılaşmada da iştirak edib.