Qapıçı üçün 30 milyon avroluq təklif
“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersonu transfer etmək üçün rəsmi təklif göndərib.
Msport.az xəbər verir ki, jurnalist Rudi Qaletti bu barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi qolkiperə görə təxminən 30 milyon avro təklif edib. “Əl Nəsr” “şəhərlilər”dən cavab gözləyir.
Xatırladaq ki, Ederson 2017-ci ilin iyulunda “Benfika”dan “Mançester Siti”yə keçmişdi. Transfer məbləği 40 milyon avro olub. “Transfermarkt” ötən mövsüm qapıçını 35 milyon avro dəyərində qiymətləndirir.