“Qarabağ” 10 ildən sonra ilki bacardı
“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün 8-ci turunda səfərdə “Liverpul”a 0:6 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, “Qarabağ” ümumi turnirdə 22-ci yeri tutub və turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, Azərbaycan klubu 10 il ərzində Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk MDB komandası olub. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan sonuncu MDB klubu 2016-cı ildə 1/8 finala vəsiqə qazanan “Zenit” olmuşdu.
Bundan əlavə, tarixində ilk dəfə olaraq, Azərbaycandan bir komanda Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda oynayacaq.
“Qarabağ”ın rəqibi püşkatmada müəyyənləşəcək: ya PSJ, ya da “Nyukasl”.
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması sabah keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələləri 2026-cı il fevralın 17-18-də və 24-25-də keçiriləcək.







