featured-image-23538

“Qarabağ” klubların dünya reytinqində yanvarla müqayisədə 3 pillə geriləyib.

Msport.az Opta statistika platformasına istinadən xəbər verir ki, Ağdam klubu 69-cu pilləyə enib.

Azərbaycan çempionu 84,1 reytinq xalına malikdir. “Qarabağ” ilk “100-lüy”ə düşən yeganə Azərbaycan klubudur. Komanda UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i xeyli üstələyir. Belçika klubu 80,7 reytinq xalı ilə 138-ci pillədədir.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri məlum olub. “Neftçi” (77,0) 244-cü, “Sabah” (75,5) 307-ci, “Zirə” (71,9) 615-ci, “Qəbələ” (71,7) 628-ci, “Turan Tovuz” (68,7) 992-ci, “Sumqayıt” (65,6) 1514-cü, “Şamaxı” (65,4) 1556-cı, “Kəpəz” (65,0) 1651-ci, “Səbail” (64,6) isə 1731-ci yerdə qərarlaşıb.

13 515 komandanın yer aldığı cədvələ yenə “Bayern Münhen” (100) başçılıq edir. “Mançester Siti” (98,7) ikinci yerdə qalıb. İ“Napoli” isə (96,0) üçüncü pilləyə yüksəlib.

AYXAN 

Bənzər xəbərlər