"Qarabağ" 5 dəqiqəyə qələbəni əldən verdi
“Qarabağ” Azərbaycan Premyer Liqasında “Turan Tovuz”a uduzub.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con “köhlən atlar”ı məyus edib.
Bu nəticədən sonra “Qarabağ” 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”a uduzub – 1:2. Əvvəlki oyunlarda “Zirə” səfərdə “Şamaxı”nı 2:1, “Səbail” evdə “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. “Sabah” – “Sumqayıt” matçında hesab açılmayıb.