featured-image-68565

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la səfər matçında dəstəksiz qalmayacaq. Msport.az xəbər verir ki, Budapeştdə qonaq komandası tribunalarına 400 azarkeşin gəlməsi gözlənilir.

Oyunun startına qədər azarkeşlərin sayının artması istisna olunmur.

Qeyd edək ki, oyunun leçiriləcəyi Budapeştdəki “Groupama Arena” 23 min 700 azarkeş tutumuna malikdir.

“Ferentsvaroş” – “Qarabağ” görüşü bu gün saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər