“Qarabağ”a məğlubiyyətdən sonra məyus olmuşdum”
“Qarabağ”a ağır məğlubiyyətdən sonra məyus olmuşdum”.
Msport.az xəbər verir ki, bunu Macarıstan “Ferentsvaroş”unun qapıçısı Deneş Dibus evdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
32 yaşlı qolkiper bildirib ki, bundan sonra kameralar qarşısında şikayət etmək heç nəyi dəyişməyəcək: “Bəzən nəyisə düzəltməlisən. Bundan öncə isə problemin nə olduğunu bilmək lazımdır”.
Qeyd edək ki, “Ferentsvaroş” bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Serbiyada “Srvena Zvezda”nın qonağı olacaq.