featured-image-14496

“Qarabağ”la oyun göstərdi ki, komanda hələ çox çalışmalıdır”.

Msport.az xəbər verir ki, bunu Yunanıstan millisinin və “Olimpiakos”un sabiq futbolçusu Nikos Vamvakulas yerli mətbuata açıqlamasında deyib.

Pirey təmsilçisinin evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu şərh edən veteran müdafiəçi komandanın zamana ehtiyacı olduğunu bildiirb: “Baş məşqçi yenidir. Vaxt keçdikcə, hər şey yaxşı olacaq. Amma səbr etmək lazımdır. Zamanla səhvlərin sayı da azalacaq”.

Azarkeşlərin “Qarabağ”la oyunda “Olimpiakos”u əla dəstəklədiyini söyləyən Vamvakulas məğlubiyyətə görə məyusluğu normal qarşıladığını vurğulayıb: “Amma komanda işlər yaxşı getməyəndə dəstəyə daha çox ehtiyac duyur. “Qarabağ” məsələsində məyusluq normaldır”.

Bənzər xəbərlər