featured-image-54550

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi “Tottenhem”in turnir üçün iştirak ərizəsi təsdiqlənib.

Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi qitənin ikinci dərəcəli klub turnirində yararlanacağı 23 futbolçunu müəyyənləşdirib.

Baş məşqçi Ange Postekoqlu qarşıdakı matçlarda 4 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçunun xidmətindən yararlanacaq. Onlardan 17-si legionerdi.

Qapıçılar: 1. Quqlielmo Visario (İtaliya), 20. Freyzer Forster, 40. Brendon Austin, 41. Alfie Vaytmen

Müdafiəçilər: 6. Radu Draquşin (Rumıniya), 13. Destini Udoqye (İtaliya), 17. Kristian Romero (Argentina), 23. Pedro Porro (İspaniya), 33. Ben Deyvis (Uels), 37. Mikki van de Ven (Niderland)

Yarımmüdafiəçilər: 7. Heunqmin Son (Cənubi Koreya), 8. Yves Bissuma (Mali), 10. Cems Maddison, 14. Arçi Qrey, 15. Lukas Berqvall (İsveç), 21. Deyan Kuluşevski (İsveç), 22. Brennan Conson (Uels), 28. Uilson Odobert (Fransa), 29. Pape Sarr (Seneqal), 30. Rodriqo Bentankur (Uruqvay)

Hücumçular: 9. Rişarlison (Braziliya), 16. Timo Verner (Almaniya), 19. Dominik Solanke.

Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında oyun sentyabrın 26-da Londonda keçiriləcək.

Bənzər xəbərlər