featured-image-25288

Belçika “Gent”inin futbolçusu Sederik van Dale UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun penaltilər seriyasında “Qarabağ”ın qapısına vurduğu qolu xatırlayıb.

Msport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunu karyerasının ən gözəl anı adlandırıb:

“Əlavə vaxtda baş məşqçinin məni çağıracağını düşünməzdim. Bu o deməkdir ki, mənə inanır. Özümü sübut etmək istəyirdim. Məşqçi səndən “Penalti vurmaq istəyirsənmi” soruşursa, “yox” deyə bilməzsən. Sadəcə, zərbəni böyük cəsarətlə yerinə yetirməli idim”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda ev sahibi komanda 1:0 hesablı qələbə qazanıb. Cavab matçının penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn Belçika klubu 1/8 finala adlayıb.

CAHİD 

Bənzər xəbərlər