featured-image-44356

“Braqa”da fevral ayının ən yaxşı qolu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu ada komandanın ispaniyalı yarımmüdafiəçisi Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qapısından keçirdiyi top layiq görülüb.

Onun Bakıdakı görüşün 83-cü dəqiqədə vurduğu baxımlı qol ötən ayın ən yaxşısı hesab olunub.

Qeyd edək ki, “Qarabağ” iki matçın nəticəsinə (4:2, 2:3) əsasən “Braqa”nı mübarizədən kənarlaşdıraraq, tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.

https://fb.watch/qxrNK7gOa9/

Bənzər xəbərlər