featured-image-54704

“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində öz meydanında “Neftçi” üzərində 4:0 hesabı ilə qələbə qazandı. Msport.az xəbər verir ki, Ağdam klubu ardıcıl 5-ci oyundur ki, əbədi rəqibini böyük hesabla məğlub edir.

Bu 5 matçdan ikisi Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutub. 2023\2024 mövsümündə “Qarabağ” “Neftçi”ni kubokda 4:1 və 4:0 hesabları ilə üstələyib.

“Neftçi” sonuncu dəfə 18 dekbr 2023-cü ildə Qurban Qurbanovun komandasına böyük hesabla uduzmayıb – 0:2.

“Ağ-qaralar” axırıncı dəfə “Qarabağ”dan 27 fevral 2023-cü ildə xal alıb – 1:1.

“Qarabağ”ın son 5 qələbəsi: 

20.09.2024: “Qarabağ” – “Neftçi” 4:0

04.05.2024: “Qarabağ” – “Neftçi” 5:0

24.04.2024: “Qarabağ” – “Neftçi” 4:1 (kubok)

02:04.2024: “Neftçi” – “Qarabağ” 0:4 (kubok)

03,03.2024: “Neftçi” – “Qarabağ” 1:4

 

 

Bənzər xəbərlər