featured-image-37362

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da 2023/24 mövsümündə qrupda ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin sonuncu çempionu “Molde” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 gesablı qələbəsi ilə başa çatıb

Qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edib və 4 cavabsız qolla qalib gəlib.

UEFA Avropa Liqası, qrup mərhələsi
I tur
21 sentyabr

20:45. “Qarabağ” – “Molde” (Norveç) 1:0

Qol: Leandro Andrade, 55

Baş hakimCon Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 99. Andrey Lunyov, 2. Mateus Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Molde“: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus Eykrem (k).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 20. Kristian Eriksen, 21. Martin Linnes, 22. Maqnus Qrödem, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.

Bənzər xəbərlər