“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyununa indəyək 24 min 500 bilet satılıb.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:45-də başlayacaq.







