“Qarabağ” – “Ayntraxt” matçının biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, satışa sabah saat 12:00-da start veriləcək. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.







