"Qarabağ" azarkeşlərinin sevimlisi Səudiyyə Ərəbistanına gedə bilər
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Konyaspor”un formasını geyinən qolkiperə adıçəkilən ölkədən maraq var.
Lakin “yaşıl-ağlar”a hələ ki Şehiçlə bağlı rəsmi təklif gəlməyib.
“Konyaspor” məbləğə görə bununla bağlı qərar verəcək.
Xatırladaq ki, 34 yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.







