featured-image-52517

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab matçına çıxacaq.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Qeyd edə ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında “Petrokub” (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.

Bənzər xəbərlər