featured-image-43631

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyununa satılmış biletlərin sayı açıqlanıb.

Msport.az xəbər verir ki, artıq 26 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. İlk qarşılaşmada “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər