featured-image-44943

Türkiyənin “Eskişehirspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Msport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda daha əvvəl “Qarabağ”da da işləmiş  Önder Karaveliyə tapşırılıb.

49 yaşlı mütəxəsislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək “Beşiktaş”da baş məşqçi vəzifəsini yerinə yetirib.

Bənzər xəbərlər