featured-image-13203

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib.

Msport.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib.

O, “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.

Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/17 mövsümündə “Sumqayıt/”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər