featured-image-36754

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

Msport.az xəbər verir ki, ölkə çempionu tez-tez zədələnən Adama Diakabini klubda görmək istəmir.

27 yaşlı yarımmüdafiəçi bununla bağlı məlumatlandırılıb. Fransalıdan özünə yeni komanda tapması istənilib.

İlin əvvəlində Ağdam təmsilçisinə keçən Adama Diakabinin müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidinə icazə verib. (Report.az)

Bənzər xəbərlər