featured-image-79547

“Qarabağ” daha bir yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Ağdam klubu yamaykalı Renaldo Sefasla müqavilə bağlayıb.

26 yaşlı vinger Rusiyanın “Pari” klubundan transfer edilib. O, daha əvvəl “Şkupi” və “Ankaragücü” komandalarında çıxış edib.

Sefas son mövsümdə Rusiya çempionatında 25 oyunda meydana çıxıb 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Sefasın “Pari” ilə 2028-ci ilə qədər müqaviləsi olduğundan “Qarabağ” Rusiya təmsilçisinə transfer haqqı ödəyib.

Bənzər xəbərlər