“Qarabağ”dan daha bir.transfer- RƏSMİ
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam klubuna transfer olunub.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandamızın formasını geyinəcək.
MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.
Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində komandamızın yeddinci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.







