featured-image-43090

Almaniyanın “Bayer” klubu tarixi rekorda imza atıb.

Msport.az-ın məlumatına görə, leverkuzenlilər məğlubiyyətsizlik seriyasını 30 oyuna çatdırmaqla klub rekordunu yeniləyiblər.

Xabi Alonsonun yetirmələri son olaraq Almaniya Kubokunun 1/4 final mərhələsində “Ştutqart”a 3:2 hesabı ilə qalib gəliblər. Bu, “Bayer”in son 8 görüşdə 7-ci qələbəsidir.

Qeyd edək ki, “Bayer” növbəti matçını fevralın 10-da keçirəcək. Komanda həmin gün Bundesliqanın XXI turunda “Bavariya” ilə üz-üzə gələcək.

Bənzər xəbərlər