"Qarabağ" Duranı neçəyə satır? - Şotlandiya mətbuatından inanılmaz rəqəm
“Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.
Msport.az xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.
Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı forvardın keçidinə görə Ağdam klubuna 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı futbolçu olacaq.
Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt ödəyəcəyini yazmışdı.







