featured-image-1574

“Qarabağ” bu gün Qəbələyə yollanıb. Msport.az xəbər verir ki, Ağdam təmsilçisi sabah Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olacaq.

Lakin Qurban Qurbanovun çalışdırdığı kollektiv bu görüşdən sonra Bakıya qayıtmayacaq. Belə ki, komanda bir neçə gün sonra Premyer Liqa çərçivəsində də “Qəbələ” ilə qarşılaşacağı üçün, həmin vaxta kimi elə burada qalmağa qərar verib.

Bunu “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə də təsdiqləyib:

“Aprelin 19-dan 24-nə qədər Qəbələdə olacağıq. Yol yorğunluğunu nəzərə alıb, 5 gün ərzində Qəbələyə səfər etməmək üçün belə qərar verdik. “Qafqaz Sport” otelində qalacağıq. “Qəbələ”yə müraciət etmişik. Məşq üçün orda bizə şərait yaradacaqlar. Oyundan dərhal sonra da Bakıya dönəcəyik”.

Sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” matçına saat 17:30-da start veriləcək. Aprelin 24-də Premyer Liqa çərçivəsində baş tutacaq oyun da eyni saatda başlayacaq.

Bənzər xəbərlər