featured-image-74050

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”ı qəbul edəcək “Qarabağ” Almaniya klublarına qarşı 11-ci oyununa çıxacaq.

Msport.az saytının məlumatına görə, Ağdam təmsilçisi buna qədər almanlarla 10 matça çıxıb.

Qurban Qurbanovun dönəminə təsadüf edən bütün görüşlər Avropa Liqası çərçivəsində reallaşıb. “Qarabağ” Bundesliqanın 4 fərqli klubu ilə üz-üzə gəlib. Bu duellər təmsilçimiz üçün heç də uğurlu alınmayıb. Qurbanovun yetirmələri cəmi 2 dəfə heç-heçə ilə kifayətləniblər. Digər 8 görüşdə almanlar qalib gəliblər.

2023-24 mövsümündə “Bayer”ə iki dəfə rəqib olan “Qarabağ” bugünkü rəqibi “Ayntraxt”la da üz-üzə gəlib. Bu, 2013-14 mövsümünə təsadüf edib. Avropa Liqasının pley-offunda məhz “Ayntraxt” hər iki qarşılaşmada qalib gələrək, ağdamlıların qrup yoluna mane olub.

 

“Qarabağ”ın Almaniya klubları ilə duelləri:

2010-11. Avropa Liqası (pley-off): “Qarabağ” – “Borussiya” (Dortmund) – 0:1, 0:4

2013-14. Avropa Liqası (pley-off): “Qarabağ” – “Ayntraxt” – 0:2, 1:2

2022-23. Avropa Liqası (qrup): “Qarabağ” – “Frayburq” – 1:1, 1:2

2023-24. Avropa Liqası (qrup): “Qarabağ” – “Bayer” – 0:1, 1:5

2023-24. Avropa Liqası (1/8 final): “Qarabağ” – “Bayer” – 2:2, 2:3

Bənzər xəbərlər