featured-image-73993

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 18:00-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər