“Qarabağ”ın Çempionlar Liqasındakı qazancı – 40 milyona çatır
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt” üzərində qələbə qazanan (3:2) “Qarabağ” büdcəsini zənginləşdirməyə davam edir.
Msport.az xəbər verir ki, rəqibini Frankfurta məğlub göndərən Ağdam klubu 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) əldə edib.
Beləliklə, “köhlənlər”in turnirin əsas mərhələsindəki qazancı 7 milyon avroya (14 milyon manat) çatıb. 7 tura 10 xal toplayan Azərbaycan çempionu artıq pley-offa vəsiqəni də böyük ölçüdə təmin edib və bu uğur rəsmiləşəcəyi halda, UEFA təmsilçimizə daha 1 milyon avro (2 milyon manat) ödəyəcək.
ÇL-in təsnifat mərhələlərini nəzərə alsaq, “Qarabağ”ın qazancı 18 milyon 620 min avrodur – 36,38 milyon manat.







