featured-image-36682

“Qarabağ”ın istədiyi futbolçu Alfredo Morelos Braziliya klubuna keçib.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını “Santos”da davam etdirəcək.

Braziliya A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə keçidi açıqlayıb. Kolumbiyalı forvard yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Ötən mövsümün sonunda Şotlandiyanın “Reyncers” klubundan ayrılan Morelos “Santos”a azad agent kimi keçib.

Qeyd edək ki, Alfredo Morelos 2017-ci ildən bəri “Reyncers”in heyətində keçirdiyi 269 oyunda 124 qol vurub.

Bənzər xəbərlər