featured-image-33544

“Kuins Park Reyncers” “Qarabağ”ın keçmiş qapıçısı Asmir Beqoviçi transfer etdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, bosniyalı futbolçu Çempionşip təmsilçisiylə bir illik müqavilə bağlayıb. 36 yaşlı qolkiper son olaraq “Everton”un uğurları üçün çalışırdı.

Beqoviç “Qarabağ”la yanaşı “Portsmut”, “La Luvr”, “Maklesfild Taun”, “Bornmut”, “Yevil”, “İpsviç Taun”, “Stok Siti”, “Çelsi”, “Bornmut” və “Milan”da da çıxış edib. O, 2019-2020-ci il mövsümünün ilk dövrəsində Ağdam təmsilçisində oynayıb.

Royal Türksoy

Bənzər xəbərlər