“Qarabağ”ın maraqlandığı qapıçı Türkiyə klubuna keçir
“Fatih Karagümrük” qapı xəttini gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, Türkiyə təmsilçisi “Bayer Leverkuzen”dən ayrılan Andrey Lunevlə danışıqlar aparır. 31 yaşlı qolkiper “Fatih Karagümrük”ə qoşulmağa müsbət yanaşır.
Lunev “Bayer”də iki mövsüm ərzində cəmi 3 oyun keçirib.
Qeyd edək ki, rusiyalı qapıçıyla daha əvvəl “Qarabağ” maraqlanırdı.







