“Qarabağ”ın “Nyukasl”la oyunlarının vaxtı açıqlandı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl”ın oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.
Msport.az xəbər verir ki, “köhlən atlar” ilk matçını fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma saat 21:45-də başlayacaq. Fevralın 24-də İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







