"Qarabağ"ın Portuqaliyadakı qələbəsi təsadüf deyil
“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir”.
Msport.Az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
2018-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən yarımmmüdafiəçi hazırda “Neftçi”nin oyunçusu olduğunu və “ağ-qaralar”ın oyunlarına kökləndiyini söyləyib.
Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçib.