featured-image-16728

Futbol üzrə Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Msport.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.

Aşağı liqa təmsilçisi “Dessel”lə qarşılaşan komanda 5 cavabsız qolla qalib gələrək 1/8 finala yüksəlib.

“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bənzər xəbərlər