featured-image-37647

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Hekken” İsveç kubokunda təsnifat mərhələsinin oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda səfərdə “Yonsereds”lə qarşılıb və 4:1 hesablı qələbə qazanıb.

“Hekken” bu qələbə ilə kubokda qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu məhz “Hekken”ə qarşı keçirəcək. Azərbaycan təmsilçisi rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək. Tərəflər arasındakı ikinci oyunu isə dekabrın 14-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər