featured-image-36473

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Norveç “Molde”si futbolçusu Ola Brunhildsenlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.

Norveç millisinin də formasını geyinən oyunçu “Midyulann”a keçib. Daha əvvəl Sivert Mannsverki Niderland nəhəngi “Ayaks”a satılıb.

Qeyd edək ki, “Qarabağ” H qrupunda “Molde” ilə yanaşı, Almaniyanın “Bayer 04” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.

Bənzər xəbərlər