featured-image-21003

Futbol üzrə Belçika çempionatında 21-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda doğma meydanda “Şarlerua” ilə qarşılaşıb. Qarşılaşma qolsuz yekunlaşıb – 0:0.

“Gent” bu heç-heçədən sonra 35 xalla 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bənzər xəbərlər