“Qarabağ”ın rəqibi dünya çempionunu satmağa razıdır
“Çelsi” Enzo Fernandesin transferinə yalnız müəyyən şərtlə razılıq verəcək.
Msport.az xəbər verir ki, Argentina millisinin yarımmüdafiəçisinin adı uzun müddətdir ki, “Real”la hallanır.
Yay transfer pəncərəsində konkret razılaşma əldə olunmasa da, “kral klubu” ona marağını qoruyur. London təmsilçisi yalnız bir halda “Real”ın təklifini dəyərləndirəcək – Madrid klubu oyunçu üçün 121 milyon avrodan çox ödəməlidir.
“Çelsi” 24 yaşlı futbolçunu 2023-cü ilin əvvəlində məhz bu məbləğə “Benfika”dan transfer etmişdi. Onun londonlularla müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.
Qeyd edək ki, “Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.