“Qarabağ”ın rəqibi iki futbolçunu heyətdən kənarlaşdırdı
“Qarbağ”ın Avropa Liqasında rəqibi olan “Lion”da 2 oyunçu heyətdən uzaqlaşdırılıb.
Msport.az xəbər verir ki, bunlar Vilfred Zaha və Gift Orbandır.
Fransa mətbuatının yazdığına görə, bu qərarı klubun baş məşqçisi Per Saj verib. “Qalatasaray”dan Fransa klubuna icarəyə göndərilən Zahanın intizamsız hərəkətlərə görə bu cəzaya məruz qaldığı bildirilir.
Qeyd edək ki, “Qarabağ” noyabrın 28-də V tur çərçivəsində “Lion”u Bakıda sınağa çəkəcək.