featured-image-59362

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Olimpiakos” Villianla yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə Yunanıstan klubu sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Vaxtilə “Çelsi”də çıxış etmiş 36 yaşlı futbolçu 2024-cü ilin sentyabrında “Olimpiakos”a keçmişdi. Bu müddət ərzində 11 oyunda meydana çıxan braziliyalı yarımmüdafiəçi bir məhsuldar ötürmə verib.

Villian 2013-2020-ci illərdə “Çelsi”nin formasını geyinib. O, bundan başqa, “Korintias”,”Şaxtyor”, “Anji”, “Arsenal” və “Fulhem”də də oynayıb.

Xatırladaq ki, “Qarabağ” “Olimpiakos”la yanvarın 31-də səfərdə üz-üzə gələcək.

 

Bənzər xəbərlər