“Qarabağ”ın rəqibi müəyyənləşir
“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi bu gün müəyyənləşəcək.
Msport.az xəbər verir ki, təmsilçimizin Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda Minsk “Dinamo”su ilə “Lüdoqorets”in duelində bəlli olacaq.
Sonuncular evdə qazanılan 2:0 hesablı üstünlüyü səfərdə qorumağa çalışacaqlar. III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
31 iyul
22:45. “Dinamo” Mn – “Lüdoqorets”
İlk oyun – 0:2