featured-image-53833

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstan klubu “Olimpiakos” daha bir transferə hazırlaşır.

Msport.az xəbər verir ki, bir neçə gün əvvəl braziliyalı yarımmüdafiəçi Villianı heyətinə qatan Pirey təmsilçisinin bu dəfə anlaşdığı futbolçu da kifayət qədər tanınır.

Belə ki, “Olimpiakos” “Qalatasaray”ın orta sahəoyunçusu Serjio Oliveyra ilə anlaşıb. 32 yaşlı portuqaliyalı yeni komandası ilə 2 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la oyununu 2025-ci il yanvarın 30-da səfərdə keçirəcək.

Bənzər xəbərlər