featured-image-21180

Futbol üzrə Belçika çempionatında 22-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda səfərdə “Sent Trüden”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda darmadağına sevinib – 3:0.

“Gent” bu qələbədən sonra 38 xalla 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bənzər xəbərlər