featured-image-40420

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer 04” klubu futbolçuu Florian Virtslə yollarını ayıra bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq iddia irəli sürüb.

Onun sözlərinə görə, 20 yaşlı yarımmüdafiəçi “Bavariya”da çıxış etməkdə maraqlıdır.

Münhen təmsilçisi də istedadlı oyunçunu almaq niyyətindədir. Bu, həm də Tomas Müller və Camal Musialanın komandadakı gələcəyindən asılıdır.

Qeyd edək ki, Florian Virts cari mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 6 qol və on məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər