featured-image-36382

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Sloveniya təmsilçisi “Alyuminiy”dən Marko Bresti heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lyublyana təmsilçisi 21 yaşlı sloveniyalı vingerlə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında Sloventiyada baş tutan ilk oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bənzər xəbərlər